...

Peyvəndin vurulması ilə bağlı saxta sənədin verilməsi barədə məlumatlara aydınlıq gətirilidi

Cəmiyyət Materials 5 Aprel 2021 15:26 (UTC +04:00)
Peyvəndin vurulması ilə bağlı saxta sənədin verilməsi barədə məlumatlara aydınlıq gətirilidi

Bakı. İlhamə İsabalayeva – Trend:

TƏBİB koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə yayılan məlumatlara münasibət bildirib.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün dövlətimiz ilk gündən peyvəndlərin əldə edilməsində böyük səy göstərib və hazırda ölkəmizdə “Vaksinasiya Strategiyası”na uyğun olaraq bu proses dövlət hesabına könüllü şəkildə uğurla həyata keçirilir:

"Lakin təəssüf ki, son zamanlar müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılır. TƏBİB olaraq hər kəsi sözügedən neqativ hallardan çəkinməyə dəvət edirik. Unutmayaq ki, vaksin bizim sağlamlığımızın qorunması və yenidən normal həyata dönə bilməyimiz üçün yeganə vasitədir.

Onu da bildirək ki, TƏBİB yalnız Abşeron, Sumqayıt və regionlar da daxil olmaqla vaksinasiya prosesinin təşkili ilə məşğuldur və yuxarıda sadalanan neqativ hallarla qarşılaşdığınız zaman hüquq mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti