...

Azərbaycanda pandemiya dövründə sərnişinlər əsasən bu nəqliyyat vasitəsindən istifadə edib

Cəmiyyət Materials 15 May 2021 17:55 (UTC +04:00)
Azərbaycanda pandemiya dövründə sərnişinlər əsasən bu nəqliyyat vasitəsindən istifadə edib

Bakı. Elçin Mehdiyev – Trend:

2021-c i il in yanvar-mart ayları ərzində Azərbaycanda sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 42,5 faiz azalıb.

Trend-in məlumatına görə, dəmiryolu nəqliyyatı ilə 2021-ci ilin yanvar-mart aylarında 476,2 min sərnişin daşınıb, 2020-ci il in eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 56,0 faiz azalma müşahidə olunub.

Dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 34,7 faiz azalaraq 3,2 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 252,6 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,9 faiz azalma qeydə alınıb.

Sərnişinlərin 92,6 faizi avtobus, 7,4 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 32,1 faiz azalıb.

Hava nəqliyyatı ilə 122,3 min və ya 72,0 faiz az sərnişin daşınıb, daşımaların 99,0 faizi dövlət, 1,0 faizi isəözəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti