...

Bakının bu hissəsinə qazın verilişi dayandırılıb

Cəmiyyət Materials 7 İyul 2021 15:13 (UTC +04:00)
Bakının bu hissəsinə qazın verilişi dayandırılıb

Bakı. Çingiz Səfərli - Trend:

Paytaxtın Yasamal rayonunun bir hissəsində, Elmlər Akademiyası metrostansiyası ətrafındakı binalara təbii qazın verilməsi müvəqqəti dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Trend-ə açıqlamasında bildirib ki, qazın verilişi təmir işləri ilə əlaqədar dayandırılıb:

"Ərazidə 225 millimetr diametrində olan yeni polietilen qaz xəttinin mənbəyə qoşulma işləri aparılır. Əgər işlər qaydasında davam edərsə, 17:00-dək işlərin yekunlaşdırılması və qazın verilişinin bərpası nəzərdə tutulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti