...

Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 390 minədək elektron arayış verilib

Cəmiyyət Materials 5 Avqust 2021 13:01 (UTC +04:00)
Bu il ƏƏSMN-in fəaliyyət sahələri üzrə 390 minədək elektron arayış verilib

Bakı. Trend:

Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 390 minədək elektron arayış verilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə əhaliyə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində Nazirlik tərəfindən son iki ildə 30-dək e-arayış xidməti istifadəyə verilib.

Beləliklə də sosial təminat növləri, sosial sığorta, əmək, məşğulluq, əlillik, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları artıq hər hansı quruma müraciət etmədən, real vaxt rejimində e-qaydada əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti