...

Dünyada koronavirusa yoluxanların sayı 205 milyonu ötüb

Cəmiyyət Materials 12 Avqust 2021 03:09 (UTC +04:00)
Dünyada koronavirusa yoluxanların sayı 205 milyonu ötüb

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 709 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 709 278 nəfər yeni koronavirusa yoluxub, 10974 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 205 247 706, ölənlərin isə 4 333 543 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 36 935 904 nəfər. Siyahıda daha sonra Hindistan (32 076 974), Braziliya (20 213 388), Rusiya (6 512 859), Fransa (6 370 429), Böyük Britaniya (6 146 800), Argentina (5 041 487), Kolumbiya (4 846 955), İspaniya (4 660 473), İtaliya (4 413 162) və İran (4 281 217) gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti