...

Məscidlərdə pandemiya qaydalarına necə riayət olunur? - AÇIQLAMA

Cəmiyyət Materials 3 Sentyabr 2021 11:55 (UTC +04:00)
Məscidlərdə pandemiya qaydalarına necə riayət olunur? - AÇIQLAMA

Bakı. Elçin Mehdiyev – Trend:

Hazırda məscidlərdə pandemiya qaydalarına ciddi şəkildə riayət olunur. Cümə namazlarında 50 nəfər iştirak edir və namaz zamanı məsafə qorunur.

Bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli deyib.

Ş.Həsənli bildirib ki, məscidlərə gələn hər bir insan tibbi maskadan, dezinfeksiya vasitələrindən istifadə edir:

“İnsanlar məscidlərə daxil olarkən peyvənd olunub-olunmaması yoxlanılır, bədən hərarəti ölçülür. Bu qaydalara riayət olunmasına məscidlərin icmaları tərəfindən nəzarət edilir. Hazırda Məhərrəm ayı mərasimləri geniş şəkildə qeyd olunmur. Əsas ilk 10 gün idi, yəni Aşura gününə qədər və o günlərdə də dini ayinlər məhdud sayda insanların iştirakı ilə icra olundu, çıxışlar sosial şəbəkələr üzərindən canlı yayımlar vasitəsilə edildi.

Hazırda məscidlərdə Məhərrəm ayı ilə bağlı heç bir geniş mərasim keçirilmir. Sadəcə olaraq cümə namazları olur və orada da məhdud sayda insan iştirak edir”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 10-dan etibarən məscidlərdə namaz qılınmasına icazə verilib. QMİ COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb.

Məscid və digər ibadət yerləri bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalıdır.

Bundan əlavə, hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir.

İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVID-19 pasportuna malik olan şəxslər içəri buraxılmalıdır.

İbadət yerlərinə daxil olan şəxslərin tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti