...

“PAŞA Bank” Qarabağ Dirçəliş Fonduna “İanə sertifikatı” ilə təltif olunub

Cəmiyyət Materials 10 Sentyabr 2021 16:02 (UTC +04:00)
“PAŞA Bank” Qarabağ Dirçəliş Fonduna “İanə sertifikatı” ilə təltif olunub

Bakı. Trend:

8 sentyabr tarixində Qarabağ Dirçəliş Fondunun Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvləri ilə birgə görüşü keçirilib. Görüşdə “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov da iştirak etmişdir.

Tədbirin sonunda “PAŞA Bank” Qarabağ Dirçəliş Fonduna işğaldan azad olunan ərazilərdə görülən işlərə verdiyi dəstəyə görə “İanə sertifikatı” ilə təltif olunmuşdur.

Qeyd edək ki, 2021-ci ilin fevral ayında “PAŞA Bank” tərəfindən Qarabağ Dirçəliş Fonduna 500 000 AZN ianə olunmuşdur.

#QarabağDirçəlişFondu
#QarabağÜçünİanəEt
#QarabağıDahaTezBərpaedək

Xəbər lenti

Xəbər lenti