...

Yüksək texniki peşə təhsili üzrə müəllimlərin işə qəbulunun müddəti uzadılır

Cəmiyyət Materials 1 Oktyabr 2021 11:45 (UTC +04:00)
Yüksək texniki peşə təhsili üzrə müəllimlərin işə qəbulunun müddəti uzadılır

Bakı. Elçin Mehdiyev - Trend:

2021-2022-ci tədris ili üzrə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinin müddəti 8 oktyabr tarixinədək uzadılır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 27 sentyabr tarixindən həyata keçirilən sözügedən mərhələ onlayn qaydada təşkil olunmaqdadır.

Ümumilikdə müsahibə mərhələsinə keçən 136 nəfər 170 vakansiya müraciəti üzrə müsahibə ediləcək. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcək.

Müsahibələr ixtisas üzrə mütəxəssis və işəgötürən təmsilçilərinin də iştirak etdiyi müsahibə komissiyası tərəfindən təşkil olunur. Növbəti mərhələnin vaxtı və qoşulmaq üçün link namizədlərə müsahibədən 2 gün əvvəl göndəriləcək.

Qeyd edək ki, yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə həyata keçirilir. Vakant yerlər Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyində yer almaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti