...

Şəhid Vüsal İsmayılzadənin anım günü keçirilib (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2021 13:29 (UTC +04:00)
Şəhid Vüsal İsmayılzadənin anım günü keçirilib (FOTO)

Bakı. Trend:

21 Oktyabr 2021-ci il tarixində Xəzər rayonundan Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından olan şəhid İsmayılzadə Vüsalın anım günü keçirilmişdir.

Mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkili Rauf Əliyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.

Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkili Rauf Əliyev qeyd ediblər ki, xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsini daim dərin hörmətlə anır. İştirakçılar şəhidin ailə üvzləri ilə görüşüb, ailəsinə baş sağlığı veriblər. Şəhidimizin ailə üzvləri ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirmişlər. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, millət vəkili Rauf Əliyev şəhidimizin ailə üzvlərinin qayğıları və problemləri ilə maraqlanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti