...

Müəllimlərin 3-cü doza vaksin vurdurmağa məcbur edilmələri barədə iddialara aydınlıq gətirilib

Cəmiyyət Materials 3 Noyabr 2021 19:29 (UTC +04:00)
Müəllimlərin 3-cü doza vaksin vurdurmağa məcbur edilmələri barədə iddialara aydınlıq gətirilib

Bakı. Çingiz Səfərli - Trend:

Təhsil Nazirliyi müəllimlərin koronavirus əleyhinə vaksinin 3-cü dozasını vurdurmağa məcbur edilmələri barədə yayılan iddialara aydınlıq gətirib.

Bu barədə Trend-ə açıqlama verən nazirliyin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov bildirib ki, iddialar həqiqəti əks etdirmir və belə bir məcburiyyət yoxdur: "Təhsil işçilərinin vaksinasiya məsələsi hər zaman tövsiyə xarakterli olub. Təhsil Nazirliyi müəllimlərə bir daha tövsiyə edir ki, koronavirusa qalib gəlmək üçün üçüncü doza vaksin vurdursunlar. Şüarımız odur ki, əyani tədrisin davamı üçün vaksinasiya yeganə yoldur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti