...

Bakıda Türkiyənin "Mehteran Birliyi" hərbi orkestrinin konserti keçirilir (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2021 11:52 (UTC +04:00)
Bakıda Türkiyənin "Mehteran Birliyi" hərbi orkestrinin konserti keçirilir (FOTO)

Bakı. Çingiz Səfərli - Trend:

8 Noyabr - Zəfər Günü çərçivəsində Dənizkənarı Bulvarda Türkiyənin "Mehteran Birliyi" hərbi orkestrinin konserti keçirilir.

Trend-in məlumatına görə, konsert çərçivəsində vətənpərvərlik ruhunda müxtəlif əsərlər səsləndirilir. Konserti izləmək üçün yüzlərlə insan gəlib.

Qeyd edək ki, tədbir "YAŞAT" Fondunun təşəbbüsü ilə təşkil olunan Zəfər Yarmarkasında keçirilir. Oktyabrın 29-dan başlayan Zəfər Yarmarkası sabah başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti