...

Sosial şəbəkələrlə bağlı qanunun qəbulu təklif edilib

Cəmiyyət Materials 1 Fevral 2022 11:39 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Sosial şəbəkələrlə bağlı qanunun qəbul edilməsi vacib məsələdir. Ümid edirəm ki, yaz sessiyası ərzində bu qanun qəbul olunacaq.

Trend-in məlumatına görə, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bu qanun layihəsinin qəbul edilməsi artıq ictimai sifarişdir.

Deputat Elman Nəsirov da sosial şəbəkələr haqqında qanunun qəbul edilməsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, sosial şəbəkələrdə təhqirlər kütləvi xarakter alıb və mənfi halın qarşısının alınması üçün sosial şəbəkələr haqqında qanunun qəbul edilməsi günün tələbinə çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti