...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 4 Fevral 2022 16:33 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 35 400 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 989, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 811, buster doza üzrə vaksinasiya olunanların sayı isə 30 600 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 149 831, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 242 827, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 748 738, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 158 266 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti