...

Abşeronun bu yerlərində su kəsiləcək

Cəmiyyət Materials 28 Fevral 2022 11:34 (UTC +04:00)
Abşeronun bu yerlərində su kəsiləcək

Bakı. Fərid Zöhrabov - Trend:

Oğuz-Qəbələ-Bakı magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar bu gün Abşeron rayonunun Qobu, Güzdək və Hökməli qəsəbələrinin bir hissəsinə, eləcə də kəmərin marşrutu boyu bu xətdən su alan bəzi kəndlərə içməli suyun verilməsində fasilələr yaranacaq.

Bu barədə "Azərsu" ASC-dən Trend-ə bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti