...

Fərrux kəndində tapılan insan qalıqları erməni quldurlarının soyqırımı cinayətlərinin növbəti sübutudur – Trend TV-nin reportajı

Cəmiyyət Materials 1 Aprel 2022 18:13 (UTC +04:00)
Fərrux kəndində tapılan insan qalıqları erməni quldurlarının soyqırımı cinayətlərinin növbəti sübutudur – Trend TV-nin reportajı

Ağdam. Aslan Məmmədli-Trend:

Azərbaycan ordusunun Xocalı rayonunun Fərrux dağındakı hakim yüksəklikləri tam nəzarətə götürdükdən sonra ərazidə aparılan qazıntı işləri zamanı insan meyitlərinin qalıqları aşkarlanıb. İnsan skeletləri Birinci Qarabağ müharibəsi zamanı erməni quldurlarının kütləvi şəkildə qətlə yetirdiyi azərbaycanlılara aiddir. Həmçinin, qalıqların bu ərazilərdə itkin düşən hərbi qulluqçulara aid olması güman edilir. Bu hadisə 30 ilə yaxın gözü yolda qalan bir çox valideynin ümid yeri oldu.

Məlum olduğu kimi, Birinci Qarabağ müharibəsi dövründə Fərrux yüksəkliyi uğrunda bir çox hərbi əməliyyatlar keçirilib. Bu əməliyyatlar zamanı 62 azərbaycanlı itkin düşüb. Onlardan biri Ağdam rayon Üçoğlan kənd sakini Hüseynov Cəsarət Binnət oğludur. C.Hüseynov 1973-cü ildə doğulub. Könüllü olaraq orduya yazılan Cəsarət Birinci Qarabağ müharibəsi zamanı istehkamçı kimi döyüşlərdə iştirak edib. Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin yaratdığı 836 saylı alayın tərkibində 1992-ci il 19 oktyabr tarixində Fərrux dağının Daşbaşı yüksəkliyinin azad edilməsi hərbi əməliyyatında iştirak edib. Cəsarətin elə son döyüşü də orada olub. Ağır döyüşlərdən sonra o, itkin düşüb. Taleyindən hələ də xəbər yoxdur.

Trend-in Qarabağ bürosunun çəkiliş qrupu Ağdamın Üçoğlan kəndində olub, C.Hüseynovun ailəsinə baş çəkib, şəhidin ailə üzvləri, yaxın qohumları ilə görüşüb. Onlar bildiriblər ki, Fərrux kəndində tapılan insan qalıqları erməni quldurlarının soyqırımı cinayətlərinin növbəti sübutudur. Şəhidin ailə üzvləri ümid edir ki, övladları C.Hüseynovun da meyit qalıqları üzə çıxacaq və şəhidi dəfn etməklə təskinlik tapacaqlar.

Onlar, həmçinin, qeyd ediblər ki, 44 günlük Vətən müharibəsində Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanıldı və şanlı Azərbaycan Ordusu ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımıların qisasını döyüş meydanında aldı.

Trend TV-nin hazırladığı videoreportajı təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti