...

İki nəfər buraxılış imtahanında maksimal bal toplayıb

Cəmiyyət Materials 1 Aprel 2022 17:05 (UTC +04:00)
İki nəfər buraxılış imtahanında maksimal bal toplayıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Martın 5-6-da tam orta təhsil səviyyəsi (11 illik) üzrə keçirilən buraxılış imtahanında 2 nəfər – Bakı şəhəri 125 saylı və Bakı şəhəri 286 saylı orta məktəblərin məzunları maksimal olan 300 bal toplayıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə,onlar 9-cu sinif buraxılış imtahanında da yüksək nəticə - müvafiq olaraq 278.2 və 276 bal toplayıblar.

Qeyd edək ki, bu imtahanlarda iştirakı nəzərdə tutulan 47726 nəfərdən 513 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 13 nəfərin nəticəsi ləğv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti