...

Sosial şəbəkələrdə müzakirələrə səbəb olan yol təmir olundu (FOTO)

Cəmiyyət Materials 7 Aprel 2022 16:36 (UTC +04:00)
Sosial şəbəkələrdə müzakirələrə səbəb olan yol təmir olundu (FOTO)

Bakı. Trend:

Bakıda təmir işləri zamanı yolda park edilmiş avtomobilin altına asfalt çəkilməyib.

Səbail rayonu “20-ci Sahə” adlanan ərazidə yola asfalt çəkilib. Həmin vaxt yolun bir kənarına avtomobil park edilib. Yol təmir edilsə də, avtomobilin parklandığı yer olduğu kimi, qalıb.

Görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli açıqlamasında bildirmişdi ki, əraziyə asfalt vurulan zaman həmin maşın ərazidə olub və sahibi tapılmadığı üçün belə bir vəziyyət yaranıb. Artıq məsələ həllini tapıb. Həmin əraziyə asfalt vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti