...

Azərbaycanda 16 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Cəmiyyət Materials 11 Aprel 2022 16:36 (UTC +04:00)
Azərbaycanda 16 nəfər koronavirusa yoluxub, ölən yoxdur

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 19 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan ölən yoxdur.

İndiyədək ölkədə ümumilikdə 792 253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 351 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib. 199 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 624, bu günə qədər isə ümumilikdə 6 746 085 test icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti