...

Azərbaycanda iki təhsil müəssisəsi Türkiyə ilə birgə fəaliyyət göstərəcək

Cəmiyyət Materials 13 Aprel 2022 11:50 (UTC +04:00)
Azərbaycanda iki təhsil müəssisəsi Türkiyə ilə birgə fəaliyyət göstərəcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bərdə. Trend:

Ötən il Türkiyə və Azərbaycan arasında peşə təhsili sahəsində əməkdaşlıqla bağlı protokol imzalandı. Protokol çərivəsində ölkədə iki təhsil müəssisəsi Türkiyə ilə birgə fəaliyyət göstərəcək.

Bunu Trend-ə açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov deyib.

O qeyd edib ki, beynəxalq təcrübənin peşə təhsili sahəsinə gətirilməsi və beynəxalq əməkdaşlıqların yaradılması istiqamətində müəyyən işlər görülür.

"Bu çərçivədə Türkiyə ilə peşə təhsili əməkdaşlığımız çox vacibdir. Ötən il iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlıqla bağlı protokol imzalandı. Protokol çərivəsində ölkədə iki təhsil müəssisəsi Türkiyə ilə birgə fəaliyyət göstərəcək. Bu il Türkiyənin Bursa şəhərində yerləşən bir neçə məktəbin nümayəndələri Bakıya səfər edərək, ölkəmizin bir çox məktəbləri ilə qardaşlıq müqavilələri imzaladı və onlardan biri də məhz Bərdə məktəbi ilə oldu", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti