...

Biləsuvarda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib (FOTO)

Cəmiyyət Materials 20 Aprel 2022 21:59 (UTC +04:00)
Biləsuvarda atmosferi çirkləndirən avtomobillərin sürücüləri cərimələnib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Biləsuvarda avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, bu məqsədlə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən nəqliyyatın hərəkətinin sıx olduğu küçə və prospektlərdə növbəti reyd təşkil olunub. Sürücülərə bir daha izah olunub ki, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitəsinin istismarına yol verilməlidir.

Atmosferə ixrac etdiyi zərərli qazların miqdarı normadan artıq olan avtomobillərin sürücüləri barəsində inzibati qaydada protokollar tərtib edilib.

Keçirilən nəzarət profilaktiki tədbirlər nəticəsində digər qayda pozuntularına yol verən sürücülər barəsində də qanunamüvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti