...

Lerikdə mikroavtobus beton maneələrə çırpılıb, 8 nəfər həlak olub

Cəmiyyət Materials 4 Sentyabr 2022 17:32 (UTC +04:00)
Lerikdə mikroavtobus beton maneələrə çırpılıb, 8 nəfər həlak olub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəran-Lerik yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində ağır yol qəzası baş verib.

Bu barədə Trend-ə DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev deyib.

İlkin ehtimala görə, idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Nəticədə 8 nəfər dünyasını dəyişib, xəsarət alan şəxslər isə tibbi yardım göstərilməsi üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti