...

Qubada cinayətkarlığa qarşı polis-vətəndaş münasibətləri gücləndirilir (FOTO)

Cəmiyyət Materials 8 Oktyabr 2022 17:34 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Azərbaycan Respublikası Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda cinayətkarlığa qarşı mübarizədə polis vətəndaş münasibətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində Qubada tədbir keçirib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən komitə sədrinin müavini Elçin Şirinov layihə barədə danışıb.

Bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda cinayətkarlığa qarşı mübarizədə vətəndaş – polis münasibətlərinin gücləndirilməsindən və onlar arasında qarşılıqlı inamın inkişaf etdirilməsindən ibarətdir. Bu qarşılıqlı etibar və inamı inkişaf etdirməkdə, ölkədə cinayətkarlığa qarşı birgə mübarizənin gücləndirilməsində ictimai təşəbbüsləri artırmaq, cinayət hallarının azalması və baş vermiş cinayətlərin vaxtında aşkar edilməsində vətəndaşların rolunu artırmaqdır.

Məqsəd, həmçinin, polislərin fəaliyyətinə ictimai marağı artırmaq, əhalidə polis orqanlarına qarşı hər hansı anlaşılmaz münasibətlərin, qorxu psixologiyasını azaltmaq və ictmai hərəkət strategiyasından istifadə edilərək problemin birlikdə həll olunmasına nail olunmaqdır.

Layihə çərçivəsində, həmçinin, Xaçmaz, Qusar və Şəmkir rayonlarında təlimlərin və müzakirələrin keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti