...

Mənzil bazarında qiymətlər kəskin artıb

Cəmiyyət Materials 10 Oktyabr 2022 16:01 (UTC +04:00)
Mənzil bazarında qiymətlər kəskin artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Son vaxtlar əmlak alqı-satqısı və kirayə mənzil bazarında qiymətlərin artımı müşahidə olunur.

Mövzu ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də bildirib ki, son iki ayda mənzil bazarında qiymətlər kəskin artıb.

Onun sözlərinə görə, qiymət artımının əsas səbəbi mənzil qıtlığının olmasıdır: "Belə ki, mənzil alanların çoxu evlərini kirayəyə verir. Həmin evləri alanların çoxu da evi kreditlə alanlar olur. Paytaxtda elə binalar var ki, istismar müddətini başa vurub. Rəsmi məlumatlara görə, paytaxtda yüz qırxa yaxın qəzalı bina var. Belə binalarda da qiymət artımı müşahidə olunur. Köhnə və qəzalı binalarda mənzillərin bahalaşmasının əsas səbəbi pilot layihələr üzrə həmin binaların sökülüb əvəzində yeni binaların tikilməsidir. Sökülən binada mənzili olan şəxsə yeni tikiləcək binada təmirli və 20 kvadratmetrdən artıq mənzil verilir. Bundan başqa, yeni bina tikilənə qədər mənzil sahibinə kirayə pulu ödənilir. Belə hallara görə də qiymət artımı baş verir. Bu baxımdan, kirayə bazarında ciddi problemlər yaşanır. Ucuz kirayə mənzillər də əsasən bu sökülən binalarda olur. Bununla yanaşı, sökülən binadakı kirayə mənzillər də bazardan çıxır".

E.Fərzəliyev qeyd edib ki, kirayə mənzil bazarında da qiymətlər artıb.

"Tələbələrin kütləvi şəkildə paytaxta axın etməsi kirayə mənzil bazarında ciddi problemlər və qiymət artımı yaradıb. Ən çox qiymət artımı Yasamal və Nərimanov rayonlarındadır. Belə ki, ötən il bu rayonlarda köhnə mənzillərdə birotaqlı mənzili 300 manata tapmaq olurdusa, indi 400 manatdır", - deyə ekspert bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti