...

Şəhid Pünhan Abbasovun anım mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Oktyabr 2022 10:30 (UTC +04:00)
Şəhid Pünhan Abbasovun anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün 17.10.2022-ci il torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizdən birinin, Abbasov Pünhan Nəsir oğlunun şəhadətə ucaldığı gündən iki il ötür. Abbasov Pünhan Nəsir oğlu 17.08.1997-ci il tarixində Qaradağ rayonu, Qobustan qəsəbəsində anadan olmuşdur.

44 günlük Vətən müharibəsində düşmənə qarşı aparılan “Dəmir yumruğ” əməliyyatında Suqovuşan istiqamətindəki döyüşlərdə iştirak etmişdir və 17.10.2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. Müharibədə göstərdiyi rəşadətə,igidliyə görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun, şəhidin ailə üzvlərinin, qazilərin, Milli Məclisin deputatı Aydın Hüseynovun, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyevin, rayonun hüquq mühafizə orqanlarının rəhbərlərinin, Qaradağ rayon ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstəsi qoyulub. Daha sonra şəhidin ailəsi ziyarət olunub. Şəhidin valideyinləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı olduqlarını bildirmiş və Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə etmişdirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti