...

Paytaxtda qanunsuz taksi fəaliyyəti ilə bağlı reydlər keçirilir (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2022 15:09 (UTC +04:00)
Paytaxtda qanunsuz taksi fəaliyyəti ilə bağlı reydlər keçirilir (FOTO)

Bakı. Trend:

Paytaxtın nəqliyyat sahəsindəki problemlər, qanunsuz taksi fəaliyyəti, parklanma və digər çatışmamazlıqlarin aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi proseslərinə başlanılıb.

Trend xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeçiliyində Baki Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində birgə reydlər keçirilir.

Reydlər zamanı əsasən lisenziyası olmayan, standartlara cavab verməyən, qanunsuz fəaliyyət göstərən taksilər aşkarlanıb, sürücülərlə müvafiq maarifləndirmə söhbətləri aparılıb, müvafiq izahatlar verilib, onlar qanunun tələblərinə uyğun fəaliyyət göstərməyə çağrılıblar. Ciddi qanun pozuntularına yol verən. Fərqlənmə nişanı olmayan sürücülərə qarşı İXM-nin mvafiq maddələrinə uyğun cərimələr tətbiq edilib.

Bu istiqamətdə reydlər aidiyyatı qurumlarla birgə daimi xarakter daşıyacağ.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti