...

Bakı-Ələt yolunda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb

Cəmiyyət Materials 29 Oktyabr 2022 16:28 (UTC +04:00)
Bakı-Ələt yolunda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Ələt yolunda baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları hadisə yerinə cəlb edilib.

TƏBİB-dən Trend-ə bildirilib ki, hadisə nəticəsində xəsarət alan 8 nəfər Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələrinə davam edilir.

Xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-nin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti