...

Pik saatlarda metrodan istifadəyə cəhd etdim, alınmadı - Naqif Həmzəyev

Cəmiyyət Materials 29 Noyabr 2022 11:37 (UTC +04:00)
Pik saatlarda metrodan istifadəyə cəhd etdim, alınmadı - Naqif Həmzəyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Pik saatlarda metrodan istifadə etməyə cəhd etdim, ancaq alınmadı, bir neçə qatar buraxmalı oldum.

Trend-in məlumatına görə, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, əvvəl sadəcə saat 8 radələrində ictimai nəqliyyatda sıxlıq olurdusa, indi saat 10-da da ictimai nəqliyyatdan istifadə etmək çətinləşib. “Bakıda əhalinin sayı çoxalıb. Metronun, ictimai nəqliyyatın əvvəlki rejimlə işləməsi bu problemi aradan qaldıra bilməz. Eyni zamanda Bakının mərkəzindəki məktəblərdə təhsil alan şagirdlərin əksəriyyətini valideyn şəxsi avtomobillə gətirir, bu da tıxac yaradır. Hesab edirəm ki, məktəblilər və müəllimlər üçün ən azı gündə iki dəfə ictimai nəqliyyat pulsuz olsun ki, biz tıxac problemini müəyyən dərəcədə aradan qaldıra bilək”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti