...

İran hakimiyyəti Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini talayır - Səttar Sevgin (FOTO)

Cəmiyyət Materials 30 Noyabr 2022 11:48 (UTC +04:00)
İran hakimiyyəti Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini talayır - Səttar Sevgin (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İran azərbaycanlıları farslaşdırmağa, assimilyasiyaya məruz qoymağa çalışır.

Trend xəbər verir ki, bunu Güney azərbaycanlı ekspert Səttar Sevgin Bakıda “Urmiya gölünün qurudulması” ilə bağlı keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

O qeyd edib ki, İran rejimi Cənubi Azərbaycanın yeraltı sərvətlərini talayır. “İstehsal müəssisələri daha çox fars bölgələrində açılır. Məqsəd Cənubi azərbaycanlıları iş tapmaq üçün fars bölgəsinə getməyə vadar etməkdir. Urmiya gölünün qurudulması da azərbaycanlıları bölgədən didərgin salmaq siyasətinin tərkib hissəsidir”, - deyə o əlavə edib.

S.Sevgin bildirib ki, İran hakimiyyətinin yürütdüyü plansız və Güney Azərbaycanın təbiətinə laqeyd münasibətin nəticəsində Urmiya gölü quruyur.

O qeyd edib ki, Urmiya gölünün qurudulması ilə bağlı İran ərazisində, eləcə də ölkədən kənarda, həmçinin Bakı şəhərində İran səfirliyinin qarşısında müxtəlif qurumlar tərəfindən dəfələrlə etiraz aksiyaları keçirilsə də, İran hökuməti indiyədək ciddi tədbir görməyib.

S.Sevgin bildirib ki, əksinə, rəsmi Tehran tərəfindən həmin insanlar siyasi və fiziki təqiblərə məruz qalır, həbs edilir, fəalların gözünün qorxudulması üçün müxtəlif işgəncələr tətbiq olunur.

Onun sözlərinə görə, İran hakimiyyəti Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək farsdilli əyalətlərin abadlaşmasına və inkişafına xərcləyir.

"Azərbaycanın inkişafını İranın gözü götürmür. Qarabağın işğalında da İranın birbaşa əli olub", - deyə Cənubi Azərbaycandan olan ekspert əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti