...

2016-2021-ci illər ərzində İİV-dən 1237 nəfər vəfat edib

Cəmiyyət Materials 1 Dekabr 2022 12:02 (UTC +04:00)
2016-2021-ci illər ərzində İİV-dən 1237 nəfər vəfat edib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

2016-2021-ci illər ərzində İİV-dən 1237 nəfər vəfat edib.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov 1 Dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş tədbirdə deyib.

Direktor bildirib ki, bu illər ərzində ən çox ölüm halı 2018-ci ildə (98 nəfər) qeydə alınıb:

"Ümumi ölüm sayları içində vərəm xəstəliyindən ölüm daha çoxdur. Bu illər ərzində vərəmdən ölüm 27,3 faiz təşkil edir. İkinci yerdə 12,3 faizlə onkoloji xəstəliklər, üçüncü yerdə isə qaraciyər serrozundan ölüm halıdır. Bu isə 9,5 faizdir. Ürək-damar pataloji xəstəliklərindən ölüm isə 6,2 faiz təşkil edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti