...

Azərbaycanda ölkə risk qiymətləndirilməsi həyata keçiriləcək

Cəmiyyət Materials 7 Dekabr 2022 12:33 (UTC +04:00)
Azərbaycanda ölkə risk qiymətləndirilməsi həyata keçiriləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ölkə səviyyəsində risklərin müəyyənləşdirilərək qiymətləndirilməsi, həmin risklərə uyğun olaraq hədəflərin müəyyən edilməsi, eləcə də risklərin aradan qaldırılması və ya azaldılması üzrə yeni tədbirlər müəyyən edilir.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin dekabrın 7-də keçirilən birgə iclasında “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, ölkə risk qiymətləndirilməsi ölkə səviyyəsində risklərin müəyyənləşdirilərək qiymətləndirilməsi, həmin risklərə uyğun olaraq hədəflərin müəyyən edilməsi, eləcə də risklərin aradan qaldırılması və ya azaldılması üzrə atılan tədbirlərdən ibarətdir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin ölkə səviyyəsində qiymətləndirilməsi sahəvi və institusional qiymətləndirmələrin nəticələrinə əsaslanmaqla Koordinasiya Şurası tərəfindən aidiyyəti nəzarət orqanlarının, digər dövlət orqanlarının (qurumların), öhdəlik daşıyan şəxslərin, habelə bu qanunla müəyyən edilmiş şəxslərin, həmçinin əlaqəli sahələrin nümayəndələrinin iştirakı ilə ən azı 3 ildə bir dəfə həyata keçirilir.

Ölkə risk qiymətləndirilməsinin yekunlarına dair hesabat maliyyə monitorinqi orqanının rəsmi internet informasiya ehtiyatında dərc edilməli, ölkə risk qiymətləndirilməsinin bütün iştirakçılarına, o cümlədən nəzarət orqanları vasitəsilə öhdəlik daşıyan şəxslərə, habelə bu qanunla müəyyən edilmiş şəxslərə göndərilməlidir. Sahavi və institusional risk qiymətləndirmələrinin nəticəsi olaraq ölkə risk qiymətləndirilməsinə dair hesabat yenilənə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti