...

Dərman vasitələrinin şəxsi istifadə üçün ölkəyə gətirilməsi miqdarı üzərində işləyirik - Şahin Bağırov

Cəmiyyət Materials 13 Dekabr 2022 11:30 (UTC +04:00)
Dərman vasitələrinin şəxsi istifadə üçün ölkəyə gətirilməsi miqdarı üzərində işləyirik - Şahin Bağırov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana şəxsi istifadə üçün dərman vasitələrinin ölkəyə gətirilməsi miqdarı üzərində işləyirik.

Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı deyib.

"Əfsuslar olsun ki, bəzən şəxsi istifadə üçün dərmanın miqdarını, bəzən isə psixotrop dərmanların gətirilməsi miqdarını müəyyən edə bilmirik. Dərmanların zəruri ehtiyacların həddinin müəyyən edilməsi ilə bağlı Səhiyyə Nazirliyi ilə birgə işlərə başlamışıq və yaxın vaxtlarda bunun layihəsi hökumətə təqdim olunacaq”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti