...

Orta məktəblərdə kişi müəllimlərinin sayının artırılması vacibdir - Sədaqət Qəhrəmanova

Cəmiyyət Materials 15 Dekabr 2022 15:19 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Orta məktəblərdə kişi müəllimlərinin sayının artırılması vacib məsələdir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

O bildirib ki, oğlan uşaqlarının tərbiyəsində kişi müəllimlərin rolu vacib məsələdir.

“Bu gün ancaq qadınlar tərəfindən uşaqların tərbiyə edilməsi doğru deyil. Təhsildə kişi müllimlərin artırılması istiqamətində hansısa tədbirlər görməliyik ki, nəticələr əldə edək”, - deyə o qeyd edib.

S.Qəhrəmanova, həmçinin, məktəblərdə keçirilən iclaslara ataların da getməsinin vacibliyini qeyd edib. “Atalar niyə məktəb iclaslarına getmirlər? Hesab edirəm ki, atalar da bu iclaslarda iştirak etməlidir”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti