...

Bakıda daha bir qanunsuz obyekt sökülüb (FOTO/VİDEO)

Cəmiyyət Materials 14 Yanvar 2023 10:44 (UTC +04:00)
Bakıda daha bir qanunsuz obyekt sökülüb (FOTO/VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyekt sökülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti