Bakı. Trend:
Vəkillər hələ də PCR test verməklə məhbusların yanına gedir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
O bildirib ki, əgər təyyarədə gedənlər, xəstə yanına gedənlər üçün bu tələb ləğv olunubsa, cəzaçəkmə müəssisələrində də ləğv olunması məqsədəuyğun olar.
N.Həmzəyev, həmçinin, Gəncəbasar zonasında tikilmiş cəzaçəkmə müəssisələrinin hələ də istifadəyə verilmədiyini diqqətə çatdırıb.
“Bu müəssisələr tikilib, lakin hələ də istifadə verilməyib. Gəncəbasar zonasında yaşayan sakinlər öz yaxınlarını ziyarət etmək üçün Bakıda olan cəzaçəkmə müəssisələrinə gəlirlər ki, bu da onlar üçün çətinlik yaradır”, - deyə o qeyd edib.