...

Bakının əsas prospektində hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 3 Fevral 2023 16:39 (UTC +04:00)
Bakının əsas prospektində hərəkət məhdudlaşdırılır
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Heydər Əliyev prospektinin bir hissəsində hərəkət məhdudlaşıdırlacaq.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, 5 fevral saat 09:00-dan saat 16:00-dək Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu səbəbdən tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 13, 38 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilərək Heydər Əliyev prospekti, əsas yoldan təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti