...

Abşeronda elektrik təsərrüfatı yenilənir (VİDEO)

Cəmiyyət Materials 21 Fevral 2023 10:57 (UTC +04:00)
Abşeronda elektrik təsərrüfatı yenilənir (VİDEO)

Bakı. Trend:

“Azərişıq” ASC Abşeron rayonu ərazisində yenidənqurma işləri aparır.

ASC-dən Trend-ə verilən məlumata görə, Abşeron rayonunun Masazır qəsəbəsində, yeni massiv adlanan ərazidə “Azərişıq” ASC yeni elektrik şəbəkəsi qurur.

İşlər çərçivəsində 1 km-dan çox 10 kV-luq, 4 km-a yaxın 0,4 kV-luq elektrik xətti çəkiləcək.Müxtəlif güclərdə komplekt transformator məntəqələri quraşdırılacaq.

Bunlarla yanaşı, Qobu qəsəbəsi ərazisində yeni güc mərkəzləri yaradılıb, 5 km-a yaxın 0,4 kV-luq elektrik xətti çəkilib. Həmçinin Abşeron rayonunun Çaylı kəndində yenidənqurma işləri davam etdirilir.

Abşeron rayonunda görüləcək işlərlə abonentlər keyfiyyətli və dayanıqlı elektrik enerji ilə təmin ediləcək, elektrik enerjisindəki itkilər mimumuma endiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti