Bakı. Trend:
Qaradağ Rayon İcra Hakimiyyətində 06.03.2021-ci il tarixdə rayonun ictimai-siyasi həyatında yaxından iştirak etmiş, əməkdə fərqlənmiş qadınlarla görüş keçirilib. Görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli məclisin deputatı Aydın Hüseynov və Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak etmişdir. Tədbirdə icra hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edib:
Əziz xanımlar!
Hər birinizi qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü
münasibətilə ürəkdən təbrik edir, can sağlığı, uzun ömür
arzulayıram.
Bütün ölkələrdə qadınlar 8 Mart Gününü həmçinin sülh uğrunda
mübarizədə həmrəylik günü kimi də qeyd edirlər.
Azərbaycanda qadınlara həmişə məxsusi ehtiram olub. Böyük tarixi
şəxsiyyət Heydər Əliyevin Azərbaycanda hakimiyyətdə olduğu illərdə
qadınlar cəmiyyətin bütün strukturlarında təmsil olunurdu. Ulu
Öndər deyirdi: “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf,
şan-şöhrətdir. Qadın ucalıq ülvilik məbədidir. İsmət, qeyrət,
qüdrət rəmzidir”.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ulu
öndərin siyasi kursunu bu istiqamətdə də uğurla davam etdirir,
qadınların cəmiyyətdə roluna müstəsna əhəmiyyət verir. Bunun
nəticəsidir ki. bu gün Azərbaycan Respublikasının vətəndaşı olan
qadınlar təkcə respublikamızda deyil, dünya miqyasında beynəlxalq
qurumlarda Azərbaycanımızı layiqincə təmsil edirlər.
Azərbaycanda gender siyasəti getdikcə güclənir, qadınların
cəmiyyətdə rolunun yüksəldilməsi istiqamətində dövlət səviyyəsində
müxtəlif miqyaslı tədbirlər həyata keçirilir. Respublikamızda
yaradılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət
qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur,
ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal
iştirak edir.
Cəmiyyətdə qadınların üzərinə daha böyük vəzifələr düşür, onların
işi ağırdır.Ancaq qadınlar bu vəzifələri şərəflə yerinə yetirirlər.
azərbaycan qadını öz ağıl, bilik və istedadına görə dünya qadınları
içərisində yüksək yer tutur. Bu gün cəmiyyətin elə bir sahəsi
yoxdur ki, oranı qadınsız təsəvvür etmək mümkün olsun. Azərbaycan
qadını öz zəhməti ilə xalq təsərrüfatının, tibbin, elmin, ictimai
fəaliyyətin önündə gedir. Qadınlarımız arasında deputatlar,
alimlər, yüksək ixtisaslı mütəxəssislər vardır və hal-hazırda da
yetişirlər.
Azərbaycan qadını azərbaycançılıq ideologiyasını yaşadır,
Azərbaycan dövlətçiliyinin cəfakeşidir...
Azərbaycan qadını Qarabağ müharibəsində şəhid olmuş Vətən
oğullarının anasıdır, bacısıdır, həyat yoldaşıdır.
Şəhid anası Qədirova Zərifə çıxış edərək vətən üçün layiqli oğul
böyütməyin hər bir azərbaycanlı qadınının ümdə vəzifəsi olduğunu
dedi. Oğlu Qədirov Şahinlə və digər şəhidlərimizlə qürur duyduğunu,
Müzəffər Ordumuz tərəfindən şəhidlərimizin qisasının alındığını
bildirdi.
17 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Elmira Rafailova
da çıxış edərək səhiyyə işçiləri adından bütün qadınları təbrik
etdi. Onlara can sağlığı, ailə səadəti arzuladı.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman
Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı
ilə fərqlənən xanımlar fəxri fərmanlar və dəyərli hədiyyələr ilə
mükafatlandılar.