Bakı. Trend:
Pedaqoji diplom almış məzun bizim müəllimlərin işə qəbul imtahanında minimal bal yığmır. Sual olunur ki, biz bu diplomu ona niyə vermişik?
Trend-in məlumatına görə, bunu bu gün elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zaman deyib.
“Biz vətəndaşa havayı diplom verəndə axırı yaxşı qurtarmır. O vətəndaş daim narazı qalır ki, onda mənə bir dənə də iş ver və s. Nə vaxtsa, ona yox deməliyik. Biz cəmiyyət olaraq bunun qarşısında dayanmalıyıq, deməliyik ki, sən diplomun standartlarına cavab vermirsən”, - deyə nazir qeyd edib.