Bakı. Trend:
Zəngilan rayonu Ağalı kəndindəki orta məktəbdə qəbul imtahanı keçirilməyəcək.
Trend-in məlumatına görə, bunu bu gün Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, qəbul imtahanları müəyyən mərkəzlərdə təyin olunur.
“3 abituriyent üçün orada qəbul imtahanı keçirilməyəcək. Zəngilan rayonunun Ağalı kəndində 9-cu sinif buraxılış imtahanı olacaq. Amma qəbul imtahanları mərkəzlərdə müəyyən olunur. Hansı rayondan nə qədər abituriyent sənəd veribsə, biz çalışırıq ki, o rayonlarda imtahan keçirək”, - deyə M.Abbaszadə əlavə edib.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi martın 12-də ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçirib.