...

Məscidlərin maliyyələşdirilməsində çətinliklər var - Ceyhun Məmmədov

Cəmiyyət Materials 17 Mart 2023 13:06 (UTC +04:00)
Məscidlərin maliyyələşdirilməsində çətinliklər var - Ceyhun Məmmədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün ölkədəki məscidlərin maliyyələşdirilməsində və onların bir sıra kommunal xərclərinin ödənməsində müəyyən çətinliklər var.

Trend-in məlumatına görə, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatının müzakirəsi zaman deyib.

O qeyd edib ki, Dini Qurumlar üzrə Dövlət Komitəsi bu kimi problemlərin həllinə çalışır, müəyyən addımlar atır, ancaq bu məsələnin sistemli həllinə ehtiyac var. “Kimsə deyə bilər ki, din dövlətdən ayrıdır. Lakin nəzərə almaq lazımdır ki, din həm də təhlükəsizlik məsələsidir. Bu maliyyələşdirməni etməyəndə kənar qüvvələr bunu digər yolla həyata keçirməyə çalışır”, - deyə deputat əlavə edib.

Xəbər lenti

Xəbər lenti