...

Azərbaycanda sərnişinlərin çoxu bu nəqliyyat vasitəsindən istifadə edib

Cəmiyyət Materials 23 Mart 2023 14:41 (UTC +04:00)
Azərbaycanda sərnişinlərin çoxu bu nəqliyyat vasitəsindən istifadə edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-fevral aylarında nəqliyyatçılar 271,7 milyon sərnişinə xidmət göstəriblər.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 236,6 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,9 faiz və 21,4 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,5 faizi avtobus, 4,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 23,1 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti