...

Hansı hallarda sənəd tələb olunur? - Dövlət Gömrük Komitəsi dərman vasitələri ilə bağlı məsələyə aydınlıq gətirdi

Cəmiyyət Materials 12 Aprel 2023 18:33 (UTC +04:00)
Hansı hallarda sənəd tələb olunur? - Dövlət Gömrük Komitəsi dərman vasitələri ilə bağlı məsələyə aydınlıq gətirdi

Bakı. Trend:

Gömrük orqanları tərəfindən bir sıra hallarda xeyli miqdar və növdə dərman vasitələrinin vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi zamanı miqdar və növ çoxluğuna görə səhiyyə orqanlarının müvafiq sənədinin təqdim olunması tələb edilir.

Bu barədə Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Trend-ə məlumat verilib.

Məlumatda deyilir:

Fotolardan aydın görünür ki, bəzi hallarda vətəndaşlar şəxsi istifadədən artıq miqdarda dərman vasitələrini ölkə ərazisinə gətirməyə çalışırlar.

Dövlət Gömrük Komitəsi vətəndaşların diqqətinə çatdırır ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4-cü bəndinə əsasən Azərbaycan Respublikasına gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər, bu zaman heç bir sənəd tələb olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti