...

"Azərbaycanla düşmən dili ilə danışmaq olmaz" - Allahşükür Paşazadə erməni katolikosuna cavab verdi

Cəmiyyət Materials 21 Aprel 2023 09:44 (UTC +04:00)
"Azərbaycanla düşmən dili ilə danışmaq olmaz" - Allahşükür Paşazadə erməni katolikosuna cavab verdi
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycanla düşmən dili ilə danışmaq olmaz. Erməni katolikosu din ilə siyasətin yerini səhv salıb".

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, erməni katolikosunun açıqlamaları din adamlarına uyğun olmayan açıqlamadır.

“Din adamları müharibə üçün yox sülh üçün çalışmalıdır. Erməni katolikosunun yeni müharibə çağırışları onun siyasi ambisiyaların qurbanına çevrilməsindən irəli gəlir və din adamlarının siyasətə qarışması doğru deyil. ” - deyə din xadimi vurğulayıb.

Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycan həmişə dünyanı dostluğa çağırıb:

"Biz erməni kilsəsini də dostluğa, barışığa çağırırıq".

Xatırladaq ki, erməni kilsəsinin baş katalikosu II Qaregin erməniləri yeni müharibəyə səsləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti