...

Atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinq keçirilib

Cəmiyyət Materials 12 May 2023 14:13 (UTC +04:00)
Atmosfer havasının keyfiyyətinə nəzarət məqsədilə növbəti monitorinq keçirilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Atmosfer havasının keyfiyyətinin qiymətləndirilməsi məqsədilə növbəti monitorinqlər səyyar laboratoriya və portativ cihazlar vasitəsilə ölkənin cənub və şimal-şərq bölgəsində keçirilib.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva Trend-ə bildirib ki, Lənkəran, Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı, Xızı və Şabran rayonlarında keçirilən monitorinqlərin nəticələrinə əsasən havanın keyfiyyət göstəricilərinin miqdarının yol verilən norma daxilində olduğu müəyyən edilib.

“Ölkə ərazisində atmosfer havasının keyfiyyətinin qiymətləndirilməsi məqsədilə monitorinqlər davam etdirilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti