Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr olunmuş “Müstəqqilliyimiz əbədidir” adlı tədbir keçirilib.
Xaçmaz RİH-dən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev mərkəzində dahi şəxsiyyətin regionlara səfərlərini özündə əks etdirən fotostendlərlə tanış olublar.
Rəsmi hissədə Dövlət Himni səsləndirilib, Ümumilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Günel
Nürəddinova müstəqillik tariximizlə bağlı məlumat verib. Qeyd edib
ki, Müstəqillik Günü tariximizin ən şanlı və parlaq səhifələrdən
biridir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq
Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları
ilə xalqımızın tarixi taleyində mühüm rol oynayıb, dövlətçilik
tariximizin əsaslarını daha da zənginləşdirib.
Çıxışlarda vurğulanıb ki, ulu öndər Heydər Əliyevin layiqli
davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
rəhbərliyi həyata keçirilən inkişaf strategiyası 44 gün davam edən
Vətən müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək
tarixi zəfərə yol açıb. Bu, Azərbaycan xalqının böyük tarixi
Qələbəsidir. Bununla Müstəqillik Günü ikiqat əlamətdar tarixi
bayrama çevrilib.
Tədbirdə müstəqillik günü ilə bağlı videoçarx nümayiş etdirilib, konsert proqramı təqdim olunub. Müstəqilliyimizə, Vətənimizə, üçrəngli bayrağımıza həsr olunmuş ifalar iştirakçılarda əsl bayram ab-havası yaradıb.