...

Azərbaycanda utilizasiyaya verilən avtomobillər üzrə birdəfəlik ödənişin məbləğləri açıqlanıb

Cəmiyyət Materials 1 İyun 2023 12:13 (UTC +04:00)
Azərbaycanda utilizasiyaya verilən avtomobillər üzrə birdəfəlik ödənişin məbləğləri açıqlanıb

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda utilizasiyaya verilən nəqliyyat vasitələri üzrə birdəfəlik ödəniş məbləğləri açıqlanıb.

Trend-in məlumatına görə, bunu “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin eksperti Mirzə Lahıcov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirə edilən "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyin müzakirəsi zaman deyib.

O qeyd edib ki, nəqliyat vasitələrinin kateqoriyası üzrə dəyişəcək.

“Burda beynəlxalq kateqoriyaları nəzərə almışıq. Məsələn, M-1 və başqa kənd təsərrüfatı üzrə istifadə olunan nəqliyyat vasitələri və digər texnoloji nəqliyyat vasitələri kateqoriuyalar üzrə fərqləndirilir. Burda məbləğlər ən aşağı A və A-1 kateqoriyaları üzrə 200 manatdan, ümumi minik avtomobilləri üçün 1500 manatdan, digər həcmi böyük yük avtomobilləri və digərləri üçün isə maksimum 3 min manatdan nəzərdə tutulur. Lakin burda biz daha çox nəqliyyat parkının yenilənməsinə üstünlük verdiyimizə görə hesab edirik ki, birdəfəlik ödəniş məbləği endirim məbləğindən aşağı olmalıdır. Biz birdəfəlik ödəniş məbləğini həmin güzəşt məbləğinin 50 %-i həcmində planlaşdırırıq”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti