...

Yol polisi sürücülərə müraciət edib

Cəmiyyət Materials 8 İyun 2023 09:27 (UTC +04:00)
Yol polisi sürücülərə müraciət edib

Bakı. Trend:

“Əziz Şuşa” beynəlxalq velosiped turnirinin ikinci mərhələsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Trend-in məlumatına görə, müraciətdə qeyd edilir ki, Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən "Əziz Şuşa Beynəlxalq Velosiped Turniri”nin birinci mərhələsi artıq geridə qalıb.

"Bu gün yarışın ikinci mərhələsinə Qəbələ rayonunda start veriləcək. İdmançılar Qəbələ-Zarağan-Oğuz-Şəki marşrut xətti üzrə və geriyə hərəkət edərək ikinci mərhələni Qəbələ rayonunda başa vuracaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.

Beynəlxalq tədbirlə əlaqədar sürücülərdən yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik".

Xəbər lenti

Xəbər lenti