Bakı. Trend:
Azərbaycanda sərnişindaşımalara görə buraxılış kartları veriləcək.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişkiliyə əsasən, qanuna yeni aşağıdakı anlayışlar daxil edilir:
- analoq taxoqraf - bu Qanunun 57-1-ci maddəsınin tələbləri nəzərə alınmaqla, avtonəqliyyat vasitəsınin hərəkətinə, о cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədilə həmin avtonəqliyyat vasıtəsində quraşdırılan elektromexaniki nəzarət cihazı;".
Həmçinin dəyişikliyə əsasən, aşağıdakı məzmunda 1.0.25
-1.0.36-ci maddələr əlavə edilir: "1.0.25. rəqəmsal taxoqraf - bu
Qanunun 57-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, avtomatik
rejimdə avtonəqliyyat vasıtəsinin hərəkətinə, о cümlədən qət
edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və
istirahət dövrlərinə dair bütün məlumatları fasıləsiz olaraq qeydə
almaq məqsədilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan
elektron nəzarət cihazı;
1.0.26. rəqəmsal taxoqraf kartı - sürücünün ış və istirahət
dövrlərinə dair məlumatların, habelə rəqəmsal taxoqrafla işləmək
üçün tələb olunan digər məlumatların saxlanılmasını təmin edən
inteqral mikrosxemli kart;
1.0.27. sürücünün taxoqraf kartı - avtonəqlıyyat vasitəsini idarə
edərkən sürücünün iş və istirahət dövrlərinə dair müvafıq
məlumatların saxlanılması və sürücünün şəxsiyyətinin
eyniləşdirilməsi üçün istifadə edılən rəqəmsal kart;
1.0.28. daşıyıcının taxoqraf kartı - sürücünün iş və istirahət
dövrlərinə dair müvafıq məlumatların taxoqrafdan yüklənilməsi üçün
istifadə edilən daşıyıcıya məxsus rəqəmsal kart;
1.0.29. emalatxana taxoqraf kartı - rəqəmsal taxoqrafların
quraşdırılması, yoxlanılması, təmiri, sınaqlarının keçirilməsi,
kalibrlənməsi və onlara texniki xıdmətin göstərilməsi, eyni zamanda
rəqəmsal taxoqrafdan məlumatların yüklənilməsi üçün istifadə edilən
rəqəmsal kart;
1.0.30. nəzarətçi taxoqraf kartı - sürücünün iş və istirahət
dövrlərinə dair müvafiq məlumatların taxoqrafdan yüklənilməsi üçün
istifadə edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) əməkdaşlarına məxsus rəqəmsal kart;
1.0.31. formulyar- qeyri-müntəzəm sərnişin daşımalarında
sərnişinlər barədə məlumatı əks etdirən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində
elektron qaydada doldurulan sənəd;
1.0.32. bilet-uçot vərəqi - şəhərlərarası (rayonlararası) müntəzəm
sərnişin daşımalarında satılmış biletlərin uçotunun aparıldığı
müvafiq icra hakimiyyətı" orqanının müəyyən etdiyi orqanın
(qurumun) informasiya sistemində elektron formada doldurulan
sənəd;
1.0.33. taksi sifarişi xidməti - telekommunikasiya vasitələrindən
istifadə etməklə, taksi minik avtomobili sifariş etmək istəyən
şəxsdən sifarişi qəbul edib həmin daşımaları həyata keçirən şəxsə
ötürülməsi ilə bağlı ödənişli xidmət;
1.0.34. taksi sifarişi operatoru - taksi minik avtomobilləri ilə
sərnişin daşımalarını həyata keçirən şəxslərə taksi sifarişi
xidməti göstərən hüquqi şəxs və ya fərdi sahibkar;
1.0.35. buraxılış vəsiqəsi - bu Qanunun 13-cü maddəsinə uyğun
olaraq, hüquqi şəxslərin və ya fərdi sahibkarların sərnişin və ya
yük daşımaları sahəsində fəaliyyət göstərməsi üçün verilən
icazə;
1.0.36. buraxılış kartı - buraxılış vəsiqəsi olan hüquqi şəxslər və
ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə
malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan
kart;".