Bakı. Trend:
Azərbaycan Tibb Universitetində (ATU) peşəkar kadrların hazırlanması üçün 3 yeni kafedra yaradılıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli “Dünyadaki Azərbaycanlı Təbiblərin Simpoziumu"da çıxışında bildirib.
“Dar ixtisaslaşdırma aparılmaqla konkret fənlər təsis edilib. Gələn ildən cərrahi xəstəliklər kafedralarında da dar ixtisaslaşmalar aparılacaq",- deyə o əlavə edib.
Xatırladaq ki, Bakıda "Dünyadakı Azərbaycanlı Təbiblərib Simpoziumu" (Simpozium) keçirilir.
Simpoziumun keçirilməsi tibb sahəsindəki yeniliklərin
öyrənilməsi, xaricdə çalışan azərbaycanlı həkimlərin ölkəmizə
qayıdaraq tibb müəssisələrində fəaliyyətə təşviqi, onların yerli
kadrlarla nəzəri və əyani təcrübə mübadiləsi və
kommunikasiyalarının artırılması baxımından səhiyyəmizə mühim
töhfələr verəcəkdir.
Tədbirdə dövlət qurumu rəsmiləri, millət vəkilləri, media
nümayəndələri iştirak edir.