...

İçərişəhərdə sakin və sahibkarlar üçün vahid məlumatlandırma xidməti istifadəyə verilib

Cəmiyyət Materials 19 İyun 2023 12:44 (UTC +04:00)
İçərişəhərdə sakin və sahibkarlar üçün vahid məlumatlandırma xidməti istifadəyə verilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“İçərişəhər” DTMQ İdarəsi İçərişəhər və Qala Qoruqlarının sakin və sahibkarları ilə aparılan işlərin təkmilləşdirilməsi məqsədilə "Vahid məlumatlandırma xidməti"ni (VMX) istifadəyə verib.

Bu barədə Trend-ə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, İçərişəhər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olmaqla bərabər, eyni zamanda yaşayan bir şəhərdir. Bu səbəbdən də xidmət tarixi Qoruqlarda baş verənlər haqqında sakin və sahibkarları zamanında rəqəmsal şəkildə məlumatlandırmaq üçün istifadəyə verilmişdir.

Qeyd edilib ki, “Vahid məlumatlandırma xidməti” sakin və sahibkarlar üçün ödənişsiz əsasda təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti